Ginekologiya – tibbin qadın orqanizmi, cinsiyyət sistemi və reproduktiv funksiyasını öyrənən, qadın xəstəliklərinin profilaktikası və müalicəsi ilə məşğul olan sahəsidir.
Ginekoloji sağlamlıq sadəcə nəsilartırma qabiliyyəti deyil, ümumilikdə qadın sağlamlığıdır. Bunun üçün də, ginekologiya sahəsi təkcə reproduktiv sistemin xəstəliklərinin müalicəsi ilə deyil,qadının hərtərəfli sağlamlığı ilə məşğul olur.
- Uşaqlıqda aparılan əməliyyatlar (total abdominal histerektomiya, vaginal histerektomiya, radikal histerektomiya, miomektomiya və s.)
- Vulva, vaginada və uşaqlıq boynunda aparılan əməliyyatlar (plastik əməliyyatlar)
- Uşaqlıq artımlarında aparılan əməliyyatlar Laporaskopik əməliyyatlar (laporaskopik yumurtalıqların törəmə və kistlərin çıxardılması, tubektomiya, laporaskopik histerektomiya və bütün növ laporaskopik əməliyyatlar)
- Histeroskopik əməliyyatlar (bütün növ diaqnostik və cərrahi histeroskopik əməliyyatlar)
«InterMed»+ Diaqnostika Mərkəzində müxtəlif ginekoloji xəstəliklərin:
- Uşaqlıq miomaları;
- Endometrioz;
- Yumurtalıqların kistası;
- Endometriya və uşaqlıq boynunun hiperplaziyası və polipləri;
- Uşaqlıq boynu patologiyaları;
- Müxtəlif etiologiyalı uşaqlıq qanaxmaları;
- Qadın cinsiyyət orqanlarının iltihabı xəstəlikləri;
- Sonsuzluq;
- Cinsi yolla ötürülən infeksiyalar
- Kolposkopiya
- PAP SMEAR və HPV (papilloma) virusunun aşkarlanması
- Diagnostik və cerrahi histeroskopiya və s. diaqnostikası və müalicəsi aparılır.
Həkim-ginekoloqlarımız tərəfindən uşaqlıq daxili inseminasiya(İUİ) xidməti də uğurla həyata keçirilir. Uşaqlıqdaxili İnseminasiya (İUİ) qısa müddət davam edən ağrısız bir müalicə üsuludur. Uşaqlıqdaxili İnseminasiya (İUİ) üsulu bir il boyunca normal cinsi əlaqəyə baxmayaraq, hamilə qala bilməmiş və sonsuzluq diaqnozu qoyulmuş xəstələrə tətbiq edilən bir yardımçı reproduktiv üsuldur.
Histerosalpinqoqrafiya uşaqlıq və uşaqlıq borularının kontrast maddə verilərək uşaqlıq borularının açıq olub-olmamasının, eyni zamanda uşaqlığın vəziyyətini təyin etmək üçün istifadə olunan diaqnostika metodudur. Kontrast maddə xüsusi plastik boru vasitəsilə uşaqlıq daxilinə vurulur və nəticədə rentgen filmində orqanların görülməsi mümkün olur.
Kolposkopiya yeni müasir videokolposkop ilə aparılır. Bu müayinə həkimə uşaqlıq boynu və uşaqlıq yolunun dəfələrlə böyüdülmüş şəklini görməyə, həmin nahiyələrin xərçəng və xərçəng yönü dəyişikliklərini aşkar etməyə imkan verir. Kolposkopiya uşaqlıq boynu eroziyası, leykoplakiya, ektopya, uşaqlıq boynunun displaziya və xərçənginin diaqnostikasında əvəzolunmaz müayinə üsuludur.
Ginekoloji xəstəliklər bölünür:
- Cinsi yolla keçən infeksion xəstəliklər
- Uşaqlıq boynu patologiyası
- Döş vəzilərinin patologiyası
- İltihabi xəstəliklərin bütün spektri
- Endokrinologiya (neyroendokrin ginekoloji xəstəliklər)
- Menopauza
- Alqodismenoreya, dismenoreya
- Hamiləliyin aparılması
- Hamiləliyin pozulmaları