Erkən boşalma (ingiliscə – Premature Ejaculation) sizin cinsi əlaqədən əvvəl və ya onun başlanmasından qısa müddət sonra orqazmla qarşılaşdığınız zamandır. Bir insanın cinsi əlaqə zamanı eyakulyasiyası (boşlaması) üçün standart müəyyən edilmiş bir vaxt yoxdur, lakin eyakulyasiya baş verdiyi və tezliklə ereksiyanı itirdiyiniz təqdirdə, sizə və partnyorunuza zövq almaq üçün kifayət qədər vaxt qalmır. Bu xoşagəlməz və hətta utancverici ola bilər və yalnız kişilərə xas olan bir problemdir. Apaırlan tədqiqatlar göstərir ki, 30%-dən 40%-ə qədər kişilərdə belə problem mövcuddur.
Erkən boşalmanın səbəbləri və risk faktorları:
Problemin konkret səbəbi yoxdur. Müəyyən səbəblər probelmin yaranmasına kompleks təsir göstərə bilir, xüsusilə psixoloji sarsıntılar və emosional amillər. Bu zaman beyində baş verən kimyəvi reaksiyalardan qaynaqlanan və aşağı səviyyədə serotonin olan kişilərdə bir qayda olaraq, boşalma daha tez baş verir.
Emosional amillər sırasına aşağıdakılar daxildir:
Stress, depressiya, narahatlıq, kompleksli olmaq, günahkarlıq hissi, qohumluq əlaqələri problemləri, özünəinamsızlıq və ya pis bədən imicinin olması, cinsi fəaliyyətiniz haqqında narahatlıq və s.
Bundan əlavə risk faktorlarına aşağıdakı tibbi amillər də daxildir:
- Sidik-cinsiyyət sistemində olan iltihabi xəstəliklər.
- Valideynlərinizdən irsən keçən genetik xüsusiyyətlər;
- Qəbul edilən bəzi dərman preparatları(psixotrop dərman preparatları)
- Xroniki xəstəliklər(hipertoniya; şəkərli diabet və s.)
- Zərərli vərdişlər (alkoqolizm, siqaret çəkmək, narkotik vasitələrin qəbulu və s.)
Qeyd edək ki, kişinin eyakulyasiyasının tez bir zamanda baş verməsi həm cinsi əlaqəddən əvvəl həm də cinsi əlaqə aktı zamanı baş verə bilər. Məsələn, tədqiqatçılar kəmiyyət olaraq vaginal (vaginadaxili) erkən boşalma anlayışını müəyyənləşdirir. Müasir araşdırmlar göstərir ki, 18-30 yaşlarında orta vaginadaxili latent boşalma vaxtı 6,5 dəqiqəyə bərabərdir.
Erkən boşalmanın müalicəsi
İlk növbədə onu qeyd edək ki, müalicə hər bir pasiyentə fərdi yanaşaraq təyin edilməlidir. Çünki yaranma və baş vermə səbələri yuxarıda da qeyd etdiyimiz kimi müxtəlif səbəblər və risk faktorlarının təsiri nəticəsində əmələ gəlir və xroniki yaxud müvəqqəti xarakter daşıya bilir.
Buna görə də bəzi pasiyentlər dost-tanışlarına yazılan müalicə üsulları və reseptləri “elə məndə də eyni problemdir” yanaşması ilə müalicədən çəkinərək mütləq həkimə müraciət etməlidir və müəyyən edilmiş analiz və müayinə testlərindən keçməlidirlər. Məhz bu mərhədələn sonra dəqiq diaqnoz qoyulur və düzgün müalicə aparılır.
Sumqayıt şəhərində yerləşən “InterMed+” klinikasında kişilərdə müşahidə olunan erkən boşalma probleminin aradan qaldırılması istiqamətində kompleks müalicə tədbirlərini həyata keçirilir. Klinikamız şəxsi və tibbi informasiyanı qorumaqla pasiyentlərinin anonimliyinə tam zəmanət verir və müalicədən sonra da onların sağlamlığı ilə bağlı mütəmadi konsultasiyalar təşkil edir.
“InterMed+” klinikasının baş həkimi,
Dr. Seymur ŞƏKƏROV