Akupunktura (İynə terapiyası) Şərq xalqalarının, xüsusilə Çin təbabətinin ən qədim və effektli müalicə üsuludur. Şəfalı iynələr və təsir nöqtələri insan zəkasının dahi tapıntısı olaraq min illərlə öz əhəmiyyətini itirmədən müasir insanlara gəlib çatmışdır. Bioloji aktiv nöqtələrə dərman maddələrinin yeridilməsi, nöqtəyə infraqırmızı, ultrabənövşəyi və lazer şüaları ilə təsir etmək, aurikulterapiya, iynəanalgeziya, mikroiynəterapiya, homeosiniatriya və s. metodlar yaxın illərdən tibbi praktikada tətbiq olunur və klassik akupunkturanı daha da məhşurlaşdırır.
Akupunkturanın təsnifatı:
– İynəbatırma (korporal)
– Dağlama (moksoterapiya )və qızdırma
– Mikroiynəterapiya
– Vakuum masajı
– Lazerpunktura
– Elektroakupunktura
– Farmakopunktura (homeosiniatriya)
– Nöqtəvi massaj
– İynə dəstəsi ilə döyəcləmə
– Suboterapiya
– Hirudoterapiya
– Aurikuloterapiya
Akupunktura nöqtələri çox vaxt iri sinirlərin , arteriyaların yaxınlığında yerləşir.Yuxu və yorğunluq vaxtı 1,0 mm, oyanandan sonra isə 1 sm -ə qədər olur. Həmçinin isti havada nöqtənin diametri genişlənir,soyuq havada daralır. Aktiv nöqtələr nahiyəsində birləşdirici toxuma reseptorlarla zəngin olub, nisbətən yumşaqdır.

Nöqtələr yerləşməsinə görə dörd qrupa bölünür:
- Ümumi təsirli nöqtələr: bu nöqtələrin çoxu ətrafların distal nahioyələrində (dirsək və diz oynağından aşağıda), bəziləri isə arxa-orta meridianda yerləşir (GI 4, GI10, GI11, E36, MC6, RP6, TR5, T4, T14 və s.)
- Seqmentar nöqtələr : bu nöqtələr dəri metamer zonalarında yerləşib, onurğa beyninin müəyyən seqmentləri vasitəsilə inervasiya olurlar. Bu nöqtələrə iynə yeridildikdə ona uyğun orqan və toxumalar tərəfindən seqmentar-reflektor reaksiyalar yaranır.
- Spinal nöqtələr: bu nöqtələr somatik və vegetativ sinir liflərinin çıxışına uyğun, paravertebral xətlərdə yerləşirlər.
- Lokal nöqtələr: bunlar zədələnmiş orqan üzərində və ona yaxın yerdə yerləşir. Bu nöqtələrə həmçinin palpasiya vaxtı ağrılı olan nöqtələr də aiddir
Müasir dərman vasitələrindən fərqli olaraq iynəbatırma heç bir əlavə fəsad vermir. İynəbatırma xüsusi iynələrin köməyi ilə aparılır. Akupunktura müalicəsi nəticəsində maddələr mübadiləsi, vegetativ-endokrin funksiyalar, ürək-damar, tənəffüs, mədə-bağırsaq, sidik-cinsiyyət, laxtalanma və əks laxtalanma sistemləri normallaşır, mərkəzi sinir sisteminin fəaliyyəti yaxşılaşır, sedativ, antidepressiv təsir göstərir.