Laboratoriyamızda “doğru nəticə” prinsipi qarşıya məqsəd kimi qoyulub. Bu məqsədin əsasında mərkəzdə keyfiyyətə nəzarət sistemi qurulub. Bu sistem pasiyentə nəticə verilməzdən əvvəl laboratoriyada iş prosesini və rəqəmsal nəticələri izləməyə, problemləri aşkar etməyə və post-analitik mərhələdən öncə müayinə nəticələrinə nəzarət etməyə imkan verir.

  • Elektrolitlərin yoxlanılması.
  • Qanda və sidikdə, zəruri hallarda digər bioloji mayelərdə elektrolitlərin (K+,Na+,Ca+,P+,Cl-) təyini daxildir.
  • Anemiyaların yoxlanılması.
  • Dəmir, zərdabın dəmirbağlayıcı qabiliyyəti, ferritin, transferrin, həmçinin anemiya növünü təyin etmək üçün bir sıra vitaminlərin aparılması daxildir.
  • Ən çox əhəmiyyətli biokimyəvi göstəricilərin yerindəcə poliklinika, xəstəxana və ev şəraitində standart test-sistemlərinin istifadəsi ilə aparılması daxildir.
  • Ekspress müayinələr.
  • Hepatitlər, Helikobakteri Pilori, Siflis və QİÇS kimi virus və bakteriyaların aşkarlanması
  • Poliklinika, xəstəxana və ev şəraitində test-sistemlərin vasitəsi ilə, orqanizmin patoloji vəziyyətinin təcili diaqnostikası üçün istifadə olunan göstəricilərin aparılması daxildir.