Rentgen-müayinə metodu yüz ildən artıqdır ki, tibbdə istifadə olunmasına baxmayaraq hələ də aktuallığını və diaqnostik əhəmiyyətini saxlamasıdır. Distansion idarəetmə sistemi ilə təchiz olunmuş GE Healthcare rəqəmli rentgen cihazında təsvirin yüksək keyfiyyəti müayinənin diaqnostik cəhətdən informativliyini artırır. Alınmış təsvir üzərində müəyyən əməliyyatların aparılma imkanı rəqəmli rentgen müayinəsinin ən üstün cəhəti hesab olunur. Rəqəmli rentgen apaatında şüalanma dozası adi rentgen müayinəsinə nisbətən dəfələrlə azdır.

Elektron sistemlər nəinki rengenoqrafik eyni zamanda rentgenoskopik fiksasiyanın sparılmasına imkan verir. Əldə olunmuş nəticə kinematoqrafik (dinamik) xarakter daşıyır. Nəticələr pasientin arzusu ilə rentgen filmlərinə, həm də CD-disklərə yazıla bilər.

«InterMed»+ Diaqnostika Mərkəzində rentgen kabinetində aşağıdakı müayinələr aparılır:

  • Döş qəfəsinin R-qrafiyası;
  • Kəllə sümüklərinin, burun sümüklərinin, paranazal sinusların , nazofarinksin, türk yəhərinin R-qrafiyası;
  • Ətraf sümükləri,oynaqlar;
  • Fəqərə sütunu, funksional sınıqlar;
  • Qarın boşluğunun R-qrafiyası;
  • Qida borusu, mədə, 12-barmaq bağırsaq, nazik bağırsaqların R-skopiya;
  • Yoğun bağırsağın perolral müayinəsi;
  • İrriqoqrafiya;
  • Histerosalpinqoqrafiya;
  • Ekskretor uroqrafiya;
  • Fistuloqrafiya;
  • Sistoqrafiya.