Qastroenterologiyanı endoskopik müayinə və müalicəsiz təsəvvür etmək çətindir. Endoskopiya otağında həm diaqnostik həm də müalicəvi endoskopiya aparılır. Diaqnostik məqsədlə qastrointestinal sistemin bütüb orqanları (udlaqda daxil olmaqla qida borusu, mədə, 12 barmaq bağırsaq, nazik bağırsağın son bölümü, yoğun bağırsaqın bütün şöbələri (Çənbər bağırsaq, “S”-vari bağırsaq və düz bağırsaq) müayinə olunur.
Qastroskopiya ilə – qida borusu, mədə, 12 barmaq bağırsaq müayinə olunur. “Helicobakter pylori” mikrobu “Ureaza” testi ilə yoxlanılır. Bu orqanlardan ehtiyac olarsa daha ətraflı yoxlama məqsədi ilə biopsiya götürülür.
Kolonoskopiya ilə – Terminal ileum (nazik bağırsağın sön bölümü), yoğun bağırsağın bütün şöbələri müyinə olunur.
Rektoskopiya ilə – Düz bağırsaq müayinə olunur.
Müalicəvi endoskopiyada yad cisimlərin çıxarılması(sümük,balıq tıxı, batareya, sancaq, iynə və s.), polipektamiya (poliplərin kəsilib götürülməsi), qanaxmaların dayandarılması, daralmalarda bujlama. Endoskopik müayinələr Qastrointestinal sistemin qızıl standard müayinə üsuludur. Bu zaman qoyulan diaqnozlarda obyektivlik 95-98% təşkil edir.
«InterMed»+ Diaqnostika Mərkəzində mədə-bağırsaq sisteminin bütün xəstəlikləri təcrübəli həkim qastroenteroloq və hepatoloqlar tərəfindən müayinə və müalicə olunur:
Qida borusu, mədə və 12 barmaq bağırsaq xəstəlikləri:
- Ezofagit
- Reflyuks ezofagit
- Xroniki qastrit
- Duodenit
- Mədə və 12 barmaq bağırsağın xora xəstəliyi
- Mədə və 12 barmaq bağırsağın eroziyası
- Qastroezofagial reflyuks
- Diafraqmanın qida borusu dəliyinin yırtığı xəstəliyi
Qaraciyər xəstəlikləri:
- Qaraciyərin piy hepatozu
- Qaraciyər sirrozu
- Müxtəlif etiologiyalı hepatit xəstəliyi (virus hepatitləri,alkoqol hepatiti və s )
Öd kisəsi və öd yolları xəstəlikləri:
- Öd daşı xəstəliyi
- Daşsız xolesistit
- Öd yollarının diskineziyaları
Mədəaltı vəzi xəstəlikləri
- Müxtəlif etiologiyalı pankreatitlər
Bağırsaq xəstəlikləri
- Enterit
- Xroniki kolit
- Disbakterioz
- Qəbizlik, bağırsaq diskineziyaları, meteorizm
Diaqnoz Tibb Mərkəzində həzm sistemi xəstəliklərinin dəqiq diaqnostikası üçün ən yeni tibbi avadanlıqlar və yüksək səviyyəli laborator imkanlar var.
- Endoskopik müayinələr (kolonoskopiya, ezofaqoqastroduedenoskopiya, siqmoskopiya və s)
- Rentgenoskopiya və rentgenoqrafiya
- Komputer tomoqrafiyası (üst və alt qarın boşluğu orqanlarının kontrast müayinəsi)
- Qarın boşluğu orqanlarının USM-i
- Qarın boşluğu damarlarının doppleroqrafiyası
- Mədə və bağırsağın selikli qişasının biopsiyası
- Mədə, 12-barmaq, nazik və yoğun bağırsaq bioptatlarının morfoloji müayinəsi
- Mədə turşuluğunun təyini
- Helicobacteri pilory infeksiyasının müxtəlif metodlarla təyini (ureaza ekspress test, helicobacteri pilory-yə qarşı qanda antitel təyini )
- Müxtəlif infeksiyaların diaqnostikası (İFA və immunohemilüminessensiya metodu ilə)
- B və C hepatitlərinin PZR diaqnostikası aparılır. Bu virusların nəinki keyfiyyət təyini, eyni zamanda qanda virus yüklənməsi də təyin edilir.
- Immunoloji, biokimyəvi, hormonal müayinələr
- Koproloji müayinə ( nəcisin əkilməsi, antibiotiklərə həssaslığının təyini, disbakterioz )
- Qida həssaslığının təyini