Ozonoterapiya 100 ildən çox yaşı olan qeyri-ənənəvi müalicə üsullarındandır. Bu üsul ozonun yüksək oksidləşdirici və katalitik xüsusiyyətlərindən geniş istifadə etməyə imkan verir. Ozon üç oksigen atomundan ibarət bir kimyəvi birləşmədir (O3). Ozon, atmosferdə genel olarak iki atomlu halda olan normal oksigenə (O2) nəzərən daha yüksək enerji daşıyan bir qurluşa malikdir. Ozonun oksigenin normal atmosferik birləşməsi ilə müqaisədə bəzi fərqli xüsusiyyətləri var. Otaq temperatutunda rəngsiz olan ozon qazının xarakterik bir qoxusu vardır. Fırtınalı havalardan sonra, yüksək yerlerdə və ya dəniz sahilində təbii olaraq yaranir və hiss olunur. Ozon qazının adı “qoxlamaq” mənasına gələn “ozein”dən qaynaqlanmaqdadır. Alman kimyaçısı Christian Friedrich Schönbein (1799-1868) tərəfındən 1840 –cı ildə kəşf edilən ozon dəniz səviyyələrinə yaxın yerlərdə 10 milyon hava hissəciklərinə bir hissəcik O3 (= 0.1 ppm = 200 µg/m³) konsentrasiyalarında duman şəklində tapılır. Yüksəklik artdıqça azalır. Məsəln, 2000 metrə yüksəkliktə 0.03 – 0.04 ppm səviyyələrinə düşər.

Ozonoterapiya zamanı toxumaların oksigen təmiatı artır, mikrosirkulyasiya yaxşılaşır, yeni damar və kapillyarlar qan dövranına qoşulur, qanın reoloji xüsusiyyətləri yaxşılaşır, qanyaranma sürətlənir, orqanizmin immun sistemi aktivləşir. Bütün bunlardan əlavə ozonun bakterisid, virusid və fungisid təsirləri var. Antiseptiklərdən fərqli olaraq ozon toxumalara qıcıqlandırıcı və dağıdıcı təsir göstərmir. Bu da orqanizmin özünün antioksidant sistemlərə malik olması ilə əlaqədardır.

Ozon həm hüceyrə, həm də humoral immuniteti aktivləşdirir. Onun təsirindən limfositlər və monositlər tərəfindən orqanizmin virus infeksiyasına qarşı endogen mübarizə faktorlarından biri olan interferonun sintezi artır. Nəticədə hüceyrə immunitetində iştirak edən T-killerlərin sintezi artır, immunqlobulinlər ha-zırlayan B-limfositlərin funksiyası normallaşır və iltihabi proses aradan qalxır.

Hepatitlərin müalicəsi ozonoterapiyanın əsas aspektlərindən biridir. Bu halda müalicənin effekti ozonun həm virus əleyhinə, həm də immunomodulyasiyaedici təsirinə əsaslanır. Ozonoterapiya hepatitlərin bütün tiplərində, xüsusən xronik formalarında daha effektlidir.

Ozon virusların kapsulasında olan polipeptid zəncirləri zədələyir, virusun hədəf hüceyrə ilə birləşməsinin qarşısını alır, zülalların sintezində iştirak edən əkstranskriptaza fermentini neytrallaşdırır, nəticədə virusun çoxalmasının qarşısını alır.

Əks-göstərişləri:

  • Qanaxma ilə gedən xəstəliklər;
  • Hemorragik insult;
  • Hipertireoz;
  • Qıcolma sindromu;
  • Kəskin alkohol intoksikasiyası;
  • Trombositopeniya;
  • Qanın laxtalanma sisteminin zəifləməsi;
  • Ozona qarşı allergiya.

Ozonoterapiya kabinetində bu prosseduralar yerinə yetirilir:

1. Xarici ozonoterapiya zonasında
– ozonlaşdırılmış maye və yağların peroral qəbulu,
– karkas kameralarda ozon-oksigen qarışığı ilə şırınqa,
– yerli ozon vannaları,
– ozon-oksigen qarışığının dərialtı və əzələdaxili yeridilməsi,
– ozon-oksigen qarışığının oynaqdaxili yeridilməsi,
– ozonlaşdırılmış mayelər, antiseptiklər və yağların xarici istifadəsi,
– ozonlaşmış xırda dispers suyun inqalyasiyası.

2. Əsas prosedura zonasında:
– böyük ozonlu autohemoterapiya,
– kiçik ozonlu outohemoterapiya,
– ozonlaşdırılımış fizioloji məhlulun venadaxili yeridilməsi,
– ozon-oksigen qarışıqları ilə akopunktur terapiya.