Fibroqastroduodenoskopiya (FQDS) -qida borusu, mədə, 12 barmaq bağırsağın endoskopik muayinə üsuludur. Qastroskopiya-epiqastral nahiyədə təkrarlanan ağrılar, ürəkbulanma, qusma, iştahsızlıq, udqunmanın çətinləşməsi, qanlı qusma, mədə şişi şübhəsi yaranan hallarda ilk növbədə həyata keçirilməsi vacib olan müayinə metodlarından biridir.Müayinə zamanı selikli qişada deyişiklik müşahidə olunarsa həkim histoloji və sitoloji müayinə üçün patoloji nahiyyədən toxuma nümunəsi (biopsiya) götürə bilər.

əstənin istəyi ilə müayinə zamanı narkozdan istifadə oluna bilər. Xəstə xüsusi dərmanların köməyi ilə yuxuya gedir, müayinə qurtardıqdan sonra oyanır və heç bir narahatçılıq hiss etmir.

Müayinə zamanı xəstənin ağız boşluğundan daxil olmaqla qida borusuna, daha sonra mədəsinə və 12 barmaq bağırsağına xüsusi optik cihaz daxil edilir. Bu müayinə zamanı həkim videokamera vasitəsi ilə mədənin və on iki barmaq bağırsağın boşluğunu aydın görür, xoranın yerləşməsini, dərinliyini, fəsadlarını giymətləndirə bilir. Müayinədən sonra xəstəyə dəqiq və ətraflı rəy və diskə yazılmış müayinənin bideoçəkilişi verilir.

Bu müayinə xərçəngə görə aparılan müayinə zamanı əvəzsizdir. Endoskopiya zamanı biopsiyanı da (toxumanın kiçik hissəsinin laborator müayinə üçün alınması) etmək mümkündür.

Xora xəstəliyi diaqnozu təsdiq olunduqda mədə şirəsinin xüsusiyyətləri müayinə olunmalıdır. Bunun üçün mədəyə zond salınır və bu zondun köməyi ilə mədənin möhtəviyyatı alınır. Daha sonra mədə şirəsi müayinə edilir. Bu xəstəyə müalicənin təyin edilməsi üçün çox vacibdir.

Endoskopik müayinə günün birinci yarısında acqarına həyata keçirilir. Müayinədən əvvəl maye qəbul etmək və siqaret çəkmək olmaz.

Hal-hazırda yeni endoskopik metodu – kapsul endoskopiyası hazırlanıb. Bu müayinə zamanı kapsula salınmış çox kiçik endoskop istifadə olunur. Xəstə bu kapsulu udur və daha sonra bu kapsul 12 saat ərzində xəstənin mədə-bağırsaq sistemində “səyahət edir” və təbii yolu ilə çölə çıxır. Kapsul yalnız 1 dəfə isifadə oluna bilər.

Xəstənin mədə-bağırsağında hərəkət edən kapsul görüntüləri xəstənin belinə bərkidilmiş xüsusi qurğuya göndərir və qurğu bu görüntüləri yaddaşına yazır.

Bütün prosedur tam ağrısızdır və təhlükəsizdir. İnsan müayinə zamanı adi işləri ilə məşğul ola bilər.