Oftalmologiya – Tibbin bir sahəsi olub, göz almasının və gözün köməkçi aparatının (göz yaşı sistemi,konyunktiva,göz qapaqları) xəstəliklərini, onların diaqnostika,müalicə və profilaktikasını öyrənir. İnsan ətraf mühitdən informasiyanın böyük hissəsini göz vasitəsi ilə alır.Təəssüf ki, son illər müxtəlif səbəblərdən göz xəstəliklərinin sayı kəskin artmışdır. Hətta tamamilə sağlam kişi və qadınlarda 40 yaşdan sonra görmənin təbii zəifləməsi baş verir.
Cihaz görmənin psixofiziki parametrlərini qiymətləndirmək üçün istifadə olunur. O, müxtəlif işarə və hərfləri ekrana proyeksiyalaşdırır və bununla da uzaqdan görmənin itiliyini, astiqmatizmi, astiqmatik gözün əsas meridianlarının istiqamətini müəyyənləşdirməyə imkan yaradır. Cihaz vasitəsilə böyüklərdə və uşaqlarda görmənin xarakteri (binokulyar və ya monokulyar), binokulyar funksiyalar, heteroforiya müəyyən edilir.
Göz yaşı
Refraksiya anomaliyaları
Çəpgözlük
Katarakta
Qlaukoma
Göz sulanması
Uzağı görmə
Miopiya
Göz yaşı aparatının müayinəsi
Yeni doğulmuşlarda dakriosistit (Müayinə)
Autorefraktometriya
Gözdaxili təzyiqin ölçülməsi
Göz dibinin müayinəsi
Gözdən yad cismin çıxarilması
Gözə inyeksiya
Şəkərli diabet və göz problemləri
Göz üçün faydalı qidalar
Kiprik gənəsi – demodeks
Kipriklərin dibinin masajı
Keratokonus
Akkomodasiya
Akkomodasiya spazmı göz yorğunluğunun nəticəsidir, bəzən yalançı miopiya adlanır. Akkomodasiya spazmı geriyə qayıdan proses olsa da uzun müddət oftalmoloq müayinəsindən keçmədikdə görmə qabiliyyəti həqiqətən azalır və miopiya inkişaf edir.