Fizioterapiya tibbin müalicə vasitələrindən biridir. Bu müalicə vasitələri şüalar və insan orqanizminə təbii faktoprların süni yollarla tətbiq edilməsindən asılıdır. Fizioterapevtik müalicə üsullarından qədim dövrlrdən istifadə edilir. Təbii amillərdən istifadə edərək müxtəlif xəstəliklərin müalicəsi bəşər övladının yaranma tarixindən başlayır. Tarixi qaynaqlar göstərir ki, hələ eramızdan qabaq qədim insanlar bir sıra xəstəlikləri,bədəndəki zədələnmələri isti və soyuq kompreslərlə, dəri mədə-bağırsaq xəstəliklərini isə yumaq və imalələrlə müalicə edirmişlər.  Ulu əcdadlarımız manual terapiya və akupunktura kimi adlandırılan müalicə üsulunun elementlərindən istifadə edərək dayaq-hərəkət, sinir sisteminin və müxtəlif dərman bitkilərinin inhalyasiyasın tətbiq etməklə tənəffüs yolları xəstəliklərinin müailicəsin aparırlarmış. Qədim Çin həkimləri dəridə müxtəlif kəsiklər aparmaq, iynə batırmaq, yanan siqarları bədənin müxtəlif yerlərinə toxundurmaqla müxtəlif xəstəliklərin sağalmasını sürətləndirimişlər.

Fizioterapiya sahəsində aşağıdakı metodlardan istifadə edilir:

  • hava vannalar
  • su ilə müalicə
  • mineral sularla müalicə
  • süni günəş işığı vasitəsilə müalicə
  • isti və ya soyuqla müaicə
  • elektriklə müalicə
  • elektromaqnitlə müalicə
  • təzyiqlə müalicə (baroterapiya) 
  • mexaniki təsirlərlə müalicə
  • – massaj
  • – banka qoyma
  • – müalicə bədən tərbiyəsi
  • – buğa vermə

Fizioterapiyanın aşağıdakı şöbələri vardır:

  • lazerlə müalicə
  • diadinmoterapiya
  • amplipulsterapiya 
  • transkranial və mikropolyarizasiya
  • miostimulysiya
  • müxtəlif nexaniki təsirlərlə qızdırıcı şüalanma
  • krioperatiya 

«InterMed»+ Diaqnostika Mərkəzi ən yeni fizioterapevtik avadanlıqlar ilə təchiz olunmuşdur. Həmin avadanlıqların hər biri elmi-texniki tərəqqi ilə əlaqədar, müasir kompyuter sistemi ilə nizamlanan, kombinə olunan cihazlardan ibarətdir. Bu cihaz v’ aparatların köməyi ilə aşağıdakı fizioterapevtik müalicələri aparmaq mümkündür:

  • Ultrasəslə müalicə və Ultravinoforez;
  • Maqnitoterapiya;
  • Maqnit-lazer terapiyası;
  • Ultrabənövşəyi şüalarla müalicə;
  • İnhalyasiya;
  • Yerli darsonvalizasiya;
  • Parafin terapiya
  • Ozokerit terapiyası
  • Naftalan terapiyası
  • Yerli palçıq müalicəsi
  • Qalvanizasiya və dərman elektroforezi;
  • Sinusoidal modullaşmış cərəyanla müalicə;
  • Elektroyuxu terapiyası;
  • İnterferens terapiyası;
  • Pnevmomassaj;
  • Ultrayüksəktezlikli terapiya (УВЧ);
  • Onurğanın kompüter vasitəsi ilə dartılması və vibrasion masajı;
  • Akkupunktura və refleksoterapiya.