Endokrinologiya – daxili sekresiya vəzilərinin ifraz etdiyi hormonların, insan orqanizminə təsiri, həmçinin bu vəzlərin funksiyası pozulduqda yaranan xəstəlikləri öyrənən tibbi sahədir.
Endokrinoloji xəstəliklər aşağıdakılardır:
- Hirsutizm (qadınlarda tüklənmə),
- Hipopituitarizm (cinsi inkişafda ləngimə)
- Hipoqonadizm (cinciyyət vəzilərinin zəif inkişaf etməsi)
- Hipertireoz (Zəhərli zob)
- Hipotireoz (Düyünlü zob)
- Hipoqlikemiya (qan şəkərinin aşağı düşməsi)
- Qalxanvari vəzi xərçəngi
- Tireoditlər
- Predmenstrual sindrom (menstruasiya önü)
- Cinsiyyət vəzilərinin funksiyasının pozulması:
- Preklimakterik sindrom (klimaksönü dövr)
- Qalxanabənzərətrafı vəzilərin xəstəlikləri (hipoparatireodizm və hiperparatireodizm)
- Hipofizin funksiyasının pozulması (akromeqaliya, qiqantizm, cırtdanboyluluq, hiperprolaktinemiya sindromu, şəkərsiz diabet və s.)
- Mədəaltı vəzin funksiyasının pozulması (Şəkərli diabet, insulinoma)
- Böyrəküstü vəzi xəstəlikləri (hiperkortisizm, hiperaldosteronizm, Adisson xəstəliyi, Adrenogenital sindrom, feoxromositoma)
- Qalxanabənzər vəzi xəstəlikləri (diffuz – toksiki zob, endemik zob, hipo-, hipertireodizm, miksedema, Xaşimota zobu və s.)
- Böyrəküstü vəz xəstəlikləri (Kuşinq sindromu – kortizol yüksəkliyi
- Adisson xəstəliyi – kortizol yetməzliyi
- Konn sindromu – aldosteron yüksəkliyi
Hansı şikayətlər zamanı endokrinoloqa müraciət etmək məsləhətdir?
- Susuzluq,
- Ağız quruluğu,
- Yuxusuzluq və ya gün ərzində artan yuxululuq,
- Tez-tez halsızlaşma və ya yorğunluq,
- Baş gicəllənmələr,
- Həddən artıq tərləmə,
- Qəfl və ya qısa müddət ərzində çəki artımı və ya azalması,
- Gözlərin bərəlməsi və ya göz almalarının qabağa çıxması,
- Saçların tökülməsi,
- Gün ərzində artıq dərəcə yuxululuq,halsızlıq
- Tez-tez baş verən ürək çırpınmaları,
- aybaşıların pozulması və s.
«InterMed»+ Diaqnostika Mərkəzində təcrübəli həkim-endokrinoloqlarımız tərəfindən endokrin sistemi xəstəliklərinin diaqnostikası, ambulator və stasionar müalicəsi həyata keçirilir.