Terapevt pasientin müraciət etməli olduğu ilk həkimdir. O, pasientin şikayətlərini dinləyir. Terapevt, xəstələri müxtəlif mütəxəssislərin (cərrah, qastroenteroloq, proktoloq, kardioloq, endokrinoloq, otolarinqoloq, oftalmoloq, uroloq, və s.) müayinəsinə göndərsə də, bütün rəyləri nəzərə alaraq müalicə üsulunu özü müəyyənləşdirir. Qeyd etməliyik ki biz sığorta şirkətləri, bir çox dövlət strukturları və xarici şirkətlərin əməkdaşlarına müqavilə əsasında profilaktik və müalicəvi yardım göstəririrk. Həm kollektiv, həm də fərdi müqavilələrlə dispanserizasiya aparılr və aşağıdakı məlumatları toplayır:
- anamnez toplamalı (xəstəliyin tarixi, pasientin həyat tərzi, irsiyyəti, kecirdiyi xəstəliklər, allergik reaksiyaların olması) yani məlumat toplamalıdır.
- Baxış keçirir (pasientin halını qiymətləndirir, dəri örtükləri və selikli qişalarını nəzərdən keçirir, nəbz və arterial təzyiqi ölçür, ürəyə və ağ ciyərlərə qulaq asır, qarını əlləyir)
- Lazım gəldikdə əlavə müayinələr (laborator, rentgenoloji, sonoqrafik, endoskopik, elektrofizioloji və s ) təyin edir
- Nəticədə diaqnozu müəyyənləşdirərək müalicə təyin edir və lazımi tibbi sənədləşmə aparır.
Pulmonoloji xidmət pasientlərə ambulator və stasionar şəraitdə göstərilir.Xidmətimizin əsasını ağ ciyərlərdə olan problemlər təşkil edir. Pulmonoloji xəstələrdə vəziyyətindən asılı olaraq diaqnozu tam dəqiqləşdirmək üçün rentgenoloji, KT, MRT, spirometriya müayinələri, qanın ümumi, biokimyəvi, immunoloji analizləri, allerqoloji testlər, USM, Exo-KQ, bronxların keçiriciliyini aydınlaşdırmaq məqsədi ilə yükləmə testi,bronxgenəldici aerozollarının fərdi təsir göstəricisi, sakit və fiziki gərginlikdən sonra bronxodilatatorların təsir faizi yoxlanılır.
Hematologiya qan xəstəliklərinin diaqnostikası, müalicəsi və profilaktikası hematoloq prof. Azər Kərimov tərəfindən yüksək professionallıqla həyata keçirilir.
Alleqologiya bronxial astma və digər allergik xəstəliklərin müayinə və müalicəsi aparılır, həmçinin allerqoloji sınaqlar, spirometriya və nəfəsvermədə oksid-azotun konsentrasiyasının təyinini (Astma markeri) həyata keçirilir.
Həkim-terapevtlər əmək qabiliyyətinin müvəqqəti (xəstəlik vərəqi) və davamlı itirilməsi məsələlərini həll edir, sanator kurort müalicəsinə göndərişlər və digər arayışlar verirlər.