«InterMed»+ Diaqnostika Mərkəzinin Tibbi laboratoriyası 2019-cu il tarixində ISO 15189:2012 – “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət sertifikatını alıb.

Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi immunoferment analizlərin müxtəlif profillər üzrə aparılması üçün bütün zəruri resurslara malikdir.

«InterMed»+ Diaqnostika Mərkəzinin Tibbi laboratoriyasında kliniki, biokimyəvi immunoferment üzrə aşağıdalı tibbi təhlillər aparılır.

  • Kliniki testlər
  • Hematoloji testlər
  • Biokimyəvi testlər
  • İmmun-autoimmun
  • Onkomarkerlər
  • Polimeraz Zəncirvari Reaksiya (PZR)
  • Genetik
  • İnfeksiyalar
  • Bakterioloji
  • Patoloji-histoloji
  • Hormonlar