«InterMed»+ Diaqnostika Mərkəzinin Tibbi laboratoriyası 2019-cu il tarixində ISO 15189:2012 – “Tibbi laboratoriyalar. Keyfiyyətə və səlahəyyətliliyə olan tələblər” beynəlxalq keyfiyyət sertifikatını alıb.
Azərbaycanda fəaliyyət göstərən qabaqcıl kliniki-diaqnostik laborotariyalardan biridir. Laboratoriya müasir, tam avtomatlaşdırılmış analizatorlarda kliniki, biokimyəvi və immunoferment analizlərin müxtəlif profillər üzrə aparılması üçün bütün zəruri resurslara malikdir.
«InterMed»+ Diaqnostika Mərkəzinin Tibbi laboratoriyasında kliniki, biokimyəvi və immunoferment üzrə aşağıdalı tibbi təhlillər aparılır.
- Kliniki testlər
- Hematoloji testlər
- Biokimyəvi testlər
- İmmun-autoimmun
- Onkomarkerlər
- Polimeraz Zəncirvari Reaksiya (PZR)
- Genetik
- İnfeksiyalar
- Bakterioloji
- Patoloji-histoloji
- Hormonlar