Laboratoriyası ən son model avadanlıqlarla təchiz olunmuşdur. Laboratoriyada müayinələr bütün mərhələlərdə təlimatlara ciddi riayət olunmaqla aparılır. Əsas məqsədlərindən biri inkişaf etmək, zəruri infrastruktura malik olmaq və pasiyentlərə daha yüksək keyfiyyətli xidmət göstərilməsini təmin etməkdir.
- Qanın ümumi müayinəsi və leykoformula.
- Müasir hematoloji analizatorlar qanın 29 parametrini və geniş leykoformulanı təyin etməyə imkan verir.
- Sidiyin ümumi müayinəsi.
Sidiyin kilniki xassələri və çöküntüsünün təyini, avtomat analizatorlarının köməyi ilə və sidiyin 16 parametr üzrə biokimyəvi müayinəsi aparılır. Həmçinin 24 saatlıq (Sutkalıq sidik) sidikdə zülal və digər komponentlərin təyini. - Nəcisin ümumi müayinəsi.
- Nəcisin ümumi klinik xassələrinin, ibtidai və qurd yumurtalarına müayinəsi, həmçinin nəcisdə parazit və virusların ekspress üsulu ilə təyini aparılır.
- Spermagrammanın müayinəsi
- Toxum mayesinin ümumi klinik xassələrinin təyini aparılır