Biz məsuliyyətimizi dərk edərək daima ən yüksək səviyyəli tibbi xidmət göstərmək və hər kəsin etibar etdiyi laboratoriya mərkəzi kimi qalmağa çalışırıq. Bu strateji hədəfimizin əsasında bizə müraciət edən pasiyentlərimizə yüksək keyfiyyətli laborator xidmət göstəririk. Qabaqcıl dünya təcrübəsindən və müasir tibbi texnologiyaların imkanlarından istifadə edərək, pasiyentlərimizin məmnunluq dərəcəsini fasiləsiz yüksəltmək əzmindəyik.
- Elektrolitlərin yoxlanılması.
- Qanda və sidikdə, zəruri hallarda digər bioloji mayelərdə elektrolitlərin (K+,Na+,Ca+,P+,Cl-) təyini daxildir.
- Anemiyaların yoxlanılması.
- Dəmir, zərdabın dəmirbağlayıcı qabiliyyəti, ferritin, transferrin, həmçinin anemiya növünü təyin etmək üçün bir sıra vitaminlərin aparılması daxildir.
- Ən çox əhəmiyyətli biokimyəvi göstəricilərin yerindəcə poliklinika, xəstəxana və ev şəraitində standart test-sistemlərinin istifadəsi ilə aparılması daxildir.
- Ekspress müayinələr.
- Hepatitlər, Helikobakteri Pilori, Siflis və QİÇS kimi virus və bakteriyaların aşkarlanması
- Poliklinika, xəstəxana və ev şəraitində test-sistemlərin vasitəsi ilə, orqanizmin patoloji vəziyyətinin təcili diaqnostikası üçün istifadə olunan göstəricilərin aparılması daxildir.