Baş həkim. Həkim-terapevt
1971-ci ildə Biləsuvarda dünyaya gəmişdir.
1994-cü ildə Azərbaycan Tibb Universiteti müalicə işi fakültəsini bitirmişdir.
1994-1996-cı illərdə Biləsuvar rayon Ağayrı kənd xəstəxanasında ambulatoriya mudiri vəzifəsində çalışmışdır.
1996-1999-cu illərdə hərbi xidmətdə olmuş, 1999-2002-ci illərdə Biləsuvar dövlət xəstəxanasında yenidən işə başlamış, 2002-ci ildən 2003-cü ilə qədər Sumqayıt şəhər təcili tibbi yardım stansiyasında çağırışçı həkim kimi çalışmışdır.
2003-cü ildən Sumqayıt şəhər İntermed+ Diaqnostika Mərkəzində baş həkim vəzifəsində fəaliyyət göstərir.
Qarabağ uğrunda gedən döyüşlərin iştirakçısı olmuşdur.
Bir çox Avropa Asiya ölkələrində ixtisasartırma kurslarında iştirak etmişdir.