Diaqnostika Mərkəzimiz ən müasir tibbi avadanlıq və cihazlarla təchiz edilmiş, cihazlarımız son model olması ilə bərabər, çox yüksək keyfiyyətli görüntüsü, diaqnostik informativliyi və xəstələrə zərərsiz olması ilə fərqlənir. Burada həm personal, həm də xəstələr üçün hər cür komfortlu şərait yaradılmışdır.
Fizioterapiya otağında quraşdırılan İtaliya avadanlıqları keyfiyyətli tibbi xidmətə hər tərəfli təminat yaradır. Stomatologiya otağında isə Almaniya istehsalı olan avadanlıqlar quraşdırılıb. Kardiologiya şöbəsində ən müasir qeyri-invaziv kardioloji müayinə metodlarından istifadə olunur.
Ürək şöbəsində kardiologiya, elektrokardioqrafiya, exokardioqrafiya, transezofageal exokardioqrafiya, fetal exokardioqrafiya, stress-test xidmətləri göstərilir. “Holter” cihazının köməyi ilə xəstələrin normal həyat rejimi pozulmadan 24 saat elektrokardioqramması, arterial təzyiqi və nəbzi qeydə alınır.