“InterMed”+ Diaqnostika Mərkəzində ürək-damar xəstəliklərinin effektiv diaqnostikası, müayinə və müalicəsi yüksəkixtisaslı təcrübəli həkimlərimiz tərəfindən həyata keçirilir. Dünya standartlarına uyğun şəkildə yaradılmış Diaqnostika Mərkəzində yeni doğulmuş uşaqlardan yaşlı nəslin nümayəndələrinə qədər hər bir yaşda olan insanlara hər növ ürək xəstəliklərinin diaqnostika və müalicəsi aparılır.
Şöbə kardioloji xəstələrə tam və düzgün diaqnozun qoyulmasına imkan verən ən müasir diaqnostik tibbi avadanlıqlarla təchiz olunub.
EKQ, holter monitorinqi, stress test, exokardioqrafiya, transezofagial exoqrafiya, stress exokardioqrafiya, koronar angioqrafiya, müvəqqəti süni ritm aparıcısının (pacemaker) tətbiqi, intaortik balon pompasının tətbiqi, koronar angioqrafiya, PTKA (perkutan trans luminal angioplastika), stent tətbiqi, ürək boşluqlarının kateterizasiyası, döş qəfəsi və qarın aortaqrafiyası, periferik angioqrafiya, renal angioqrafiya, aortaqrafiya kimi müasir müayinə və müalicə üsulları şöbəmizdə icra olunur.
Unikal invaziv əməliyyatlarımızdan sayılan renal denervasiya, RF ablasiya hospitalımızın peşəkar həkimləri tərəfindən icra olunur.
“InterMed”+ Diaqnostika Mərkəzində aparılan kardioloji müayinələr:
- EKQ
- Holter monitorinqi
- Fiziki yük sınagı (Stress test)
- Exokardioqrafiya
- Transezofagial exo (TEE)
- Stress Exokardioqrafiya
- Ambulator qan təzyiqi monitorizasiyası
- Kardioversiya
- Müvəqqəti süni ritm aparıcısı (Pacemaker) tətbiqi
- İntaortik balon pompası tətbiqi
- Koronar angioqrafiya
- PTKA (Perkutan trans luminal angioplastika)
- Yüksək riskli PTKA və stent tətbiqi
- Xroniki total okkluziyalarda PTKA və stend
- Ürək boşluqlarının kateterizasiyası
- Döş qəfəsi və qarın aortaqrafiyası
- Koronar angioqrafiya + byrass kontrolu
- Periferik angioqrafiya
- Renal angioqrafiya
- Aortaqrafiya