Dr. Ramazanova Humay
Həkim Ramazanova Humay Azad qızı.
1984-cü ildə anadan olmuşdur. 2007-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Tibbi Biologiya fakültəsini Klinik Diaqnostik Həkim-laborant ixtisası üzrə başa vurmuşdur.
2007/2008-ci illərdə akademik M.A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində internatura keçmiş və orada fəaliyyət göstərmişdir.
2010-cu ildən «InterMed»+ Diaqnostika Mərkəzində Kliniki Həkim-haborant kimi işləyir. Tibb üzrə ölkədaxili bir çox elmi-praktik konfranslarda iştirakçısıdır.
Dr. Nəcəfova Lalə
Həkim Nəcəfova Lalə Alış qızı. Sumqayıt şəhərində anadan olmuşdur. 2005-ci ildə Azərbaycan Tibb Universitetini Həkim-laborant ixtisası üzrə bitirmişdir. 2006-cı ildən «InterMed»+ Diaqnostika Mərkəzində həkim laborant kimi fəaliyyət göstərir. Tibb üzrə ölkədaxili bir çox elmi-praktik konfranslarda iştirakçısıdır.
Dr. Məmmədova Sona
Həkim-laborant
Həkim Məmmədova Sona Musa qızı.
1979-cu ildə anadan olmuşdur. 2001-ci ildə Azərbaycan Tibb Universitetini Həkim-laborant ixtisası üzrə başa vurmuşdur. 2001-ci ildən Sumqayıt 1 saylı şəhər xəstəxanasında Həkim-laborant vəzifəsində işləmişdir.
2013-cü ildən «InterMed»+ Diaqnostika Mərkəzində PCR Laborant kimi fəaliyyət göstərir. Tibb üzrə ölkədaxili bir çox elmi-praktik konfranslarda iştirakçısıdır.
Dr. Kərimov İlqar
Radioloq
Kərimov İlqar Rəşid oğlu 070 365 72 36 1980-ci ildə Zəngilan rayonunda anadan olmuşdur.
2004-cü ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsini Radioloq ixtisası üzrə bitirmişdir.
2006-ci ildə Hərbi Kliniki Hospitalda Radiologiya üzrə bir illik kurs keçmişdir.
Gəncə Hospitalda Radioloq kimi fəaliyyət göstərmişdir. Vital Klinikada Radioloq kimi işləmişdir.
2017-ci ildən «InterMed»+ Diaqnostika Mərkəzində fəaliyyət göstərir.
Dr. Mirzəyeva Təranə
Nevroloq, Alqoloq və Refleksoterapevt
Həkim Mirzəyeva Təranə Səfqulu qızı.
1980-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
20003-cü ildə Azərbaycan Tibb Universitetinin Nevrologiya ixtisasını bitirmişdir. Nevroloq, EEQ, alqoloq (ağrı üzrə mütəxəssis), refleksoterapevt (akapunktur), epilepsiya EEQ Kontrol ilə müalicələrini həyata keçirməklə yanaşı miqren, müxtəlif mənşəli baş ağrıları, nevrozlar, müxtəlif mənşəli neyropatiyalar, üçlü sinirin nevrologiyası və s. tipli nevrologiyalar, enorez, müxtəlif mənşəli ensefalopatiyalar, bel, oma protruziyaları, kiçik ölçülü yırtıqlar, bədənin müxtəlif nahiyələrində olan ağrıların fərqli üsullarla müalicəsi, ağrıların inyeksiya ilə müalicələrini həyata keçirir.
Çoxsaylı Beynəlxalq Elmi Konfranslarda iştirak etmişdir. Fəaliyyət göstərdiyi sahələr üzrə böyük təcrübəyə və müvafiq sertifikatlara malikdir.
Dr. Səlimova Sevinc
Cərrah-ginekoloq
Həkim Səlimova Sevinc Qəfər qızı.
1971-ci ildə İsmayıllıda anadan olmuşdur. 2000-ci ildə Rusiya Federasiyası Kazan Dövlət Tibb Universitetini bitirmişdir.
2002-ci ildən 2006-ci ilə qədər Kazan şəhəri 16 saylı şəhər xəstəxanasında cərrah, mama-ginekoloq vəzifəsində təxirəsalınmaz ginekoloji tibbi xidmət üzrə fəaliyyət göstərmişdir.
2006-cı ildən OKİ özəl tibb mərkəzində işləyib. 2007-ci ildən 2020-ci ilə qədər Dövlət xəstəxanasında cərrah ginekoloq kimi fəaliyyəti göstərib.
2020-ci ildən İntermedPlyus Diaqnostika Mərkəzində işləyir. Sonsuzluğun müalicəsi üzrə mütəxəssisdir.
Dr. Yunusova Səbiyyə
Oftalmoloq
Həkim Yunusova Səbiyyə Şəmsəddin qızı. 1972-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur.
1999-cu ildə Azərbaycan Tibb Universitetini «Müalicə işi» fakültəsini bitirmişdir.
2008-ci ildən «InterMed»+ Diaqnostika Mərkəzində fəaliyyət göstərir.
Dr. Əliyev Ayaz
Kardioloq
Həkim Əliyev Ayaz Məhyəddin oğlu. 1969-cu ildə anadan olmuşdur.
1994-cü ildə Rusiya Federasiyası Astraxan Tibb İnstitutunu bitirmişdir.
1996-ci ildə Sumqayıt 1 saylı xəstəxanada həkim-kardioloq kimi fəaliyyət göstərmişdir.
2005-ci ildən bu günə qədər «InterMed»+ Diaqnostika Mərkəzində həkim-kardioloq olaraq fəaliyyət göstərir.
Qeyri-invaziv diaqnostika metodlarını (Exokardioqrafiya, Xolter-EKQ, stresstest) icra edir.