Limonun vətəni qədim Hindistan torpağıdır. Əfsanəvi hindli yoqları onu sağlamlığın qorunmasında universal bir vasitə sayırlar. Onların dediklərinə görə hər adam özünü gündə bir limon yeməyə və bir limonun şirəsini içməyə öyrətməlidir. Guman edilir ki, “limon” sözü malay dilində bu meyvəni adlandıran “lerno” sozündən əmələ gəlib. Çində isə bu bitkini “limunq” adlandırırlar və tərcümədə bu “analar üçün xeyirli” deməkdir. 18-ci əsrdə İngilis donanmasında uzun səfər zamanı matroslara gündə 30 q limon şirəsi qəbul etmək məcburi sayılırdı ki, bu da onları sinqa xəstəliyindən qoruyurdu. Keçən əsrdə limonu taun xəstəliyindən qoruyan və ilan zəhəri əleyhinə vasitə hesab edirdilər. Qafqazda belə bir qədim əfsanə var ki, hökmdarın sevimlisi ağılsız hərəkət edərək qəzəbə düçar olur və həbsxanaya düşür. Ona həbsxanada yemək üçün dadına görə yemək seçməyi təklif edirlər. Məhbus limon seçir və hamının təəccübünə səbəb olur. O deyir ki, limonun qoxusu (ətri) şadlandırır, qabığı və toxumları ürəyə faydalıdır, limonun ləti qidadır, şirəsi isə susuzluğu yatırır. Bütün başqa sitruslar kimi, limonun iç hissəsi qalın qabıqla örtülüb, əti isə nazik ağ pərdə ilə bağlanmış dilimlərə bölünür. Ətin ortası dadsız ağ maddədən ibarətdir.

Dünyanın ən böyük dərman şirkətlərindən birinin araşdırmasına görə, 1970-ci ildən etibarən aparılan laboratoriya testlərinə əsasən, limondan istifadə 12 xərçəng növünə faydalıdır. Biz mətbəxdə daha çox onun suyundan istifadə edirik. Lakin limon qabığının xüsusilə xərçəngdən qorunmada təsirli olduğunu bilmək də vacibdir.
 
Dondurulmuş limon xərçəngə qarşı çox təsirlidir
 
Dondurulmuş və doğranmış limon xərçəng hüceyrələrini öldürür. Xərçəng xəstələrinə tətbiq olunan kimya terapiya zamanı daha təsirli olduğu bildirilir.

Qaynadılmış limon orqanizmi gün ərzində ehtiyacı olduğu maddələrlə təmin edir, enerji verir, eyni zamanda da arıqladır. Limonun qaynadılmasının səbəbi onun mədəyə zərər verməsini önləməkdir. Çünki həssas mədəsi olanlara çiy limon mədə ağrılarına təkan verir. Qaynadılmış limon suyu bağırsaqlarda bakteriyaları məhv etdiyi üçün orqanizminizdə botoks təsiri yaradır. 
 
İnqrediyentlər:
2-3 sm uzunluqda zəncəfil
5 ədəd limon
4-5 diş sarımsaq
2 litr su

Limon çəyirdəyi unikal xüsusiyyətlərə malikdir və tərkibində ollan vitaminlərə, minerallara, efir yağlarına, proteinlərə, yağlara, təbii turşulara görə lətindən daha faydalıdır. Bundan əvvəl hesab olunurdu ki, sözügedən tumlarda zəhər var.

Əslində həqiqətən belədir, ancaq bu zəhər insan üçün təhlükəsizdir, ancaq zərərli bakteriyaları məhv edir. Məlum olub ki, üyüdülmüş çəyirdəklər antibiotiklərin belə qarşısında gücsüz olduqları mikroorqanizmlərlə mübarizə apara bilir.