Formalı elementlərdən başqa, qan plazmasında (mayenin tərkibində) 7-8%
miqdarda zülal da vardır. Zülalın miqdarı azaldıqda, “qapalı” şəkildə zülal azlığı
baş verir. Onlar əsasən albuminlər və qlobulinlərdən ibarətdirlər.
Qanda 80-120 mq% qlükoza, 1% neytral yağlar, 10-15 mq% süd turşusu,
karotinlər, sidik cövhəri, ammonium duzları və s. vardır.

Mövcud fızioloji təlimlərə əsasən bütün insanlar 4 qan qrupu ilə fərqlənirlər.
Bu da qan plazmasında eritrositləri birləşdirmək, yapışdırmaq qabiliyyətinə malik
olan 2 növ aqqlyütininlər (antitellər)-alfa və beta və eritrositlərdə isə eyni xassəyə malik xüsusi maddələr – 2 növ aqqlyütinogenlərin – A və B xüsusiyyətləri ilə izah olunur.


I qrupda – qanın plazmasında hər iki növ (alfa və beta ) aqqlyiitininləri vardır.
II qrupda – yalnız alfa-aqqlyütininləri olur və beta-aqqlyütininlər olmur.
III qrupda – qanın plazmasında yalnız alfa-aqqlyütininlor olur. Bu qrupun
eritrositləri isə B – aqqlyiitinogenlərdən ibarət olur.
IV qrupda – aqqlyütininlər tamamilə olmur. Burada eritrositlər A və B
aqqlyütinogenlərini saxlayırlar.

I qan qrupunu hamıya vurmaq olar. II qrupu isə yalnız II və IV qrupa
vururlar. A + olduqda ölüm hadisəsi baş verir.
III qrup – II və IV qrup qanlara vurula bilər. II və III qan qrupu olan insanlara
I, II və III qrup qanları vurmaq olar.