İmmunitetin mexanizmi haqqında ilk dəfə fransız tədqiqatçısı Lui Paster tərəfindən geniş yayılmış və xüsusi qiymətləndirilmiş “tükənmə nəzəriyyəsi” verilmişdir. Lakin zaman keçdikcə bu nəzəriyə özünü doğrultmadı. Pasterin və rus alimi Meçnikovun immunologiyanın formalaşmasında xüsusi rolu olmuşdur. Belə ki, Meçnikov tərəfindən immunitetin faqositar nəzəriyyəsi yaradılmışdır. Bundan başqa, immmunologiyanın formalaşmsında Paul Erklix və Robert Koxun da xidmətləri danılmazdır. Alimlərin əsərləri ilə tanış olduqca belə qənaətə gəlinir ki, əgər immunitet zəifləyibsə, eləcə də immun sistemi hüceyrələrinin orqanizmi qorumaq qabiliyyəti aşağı düşübsə bu, insanı bütün xəstəliklər qarşısında aciz və çarəsiz edir. Bir sözlə, yüksək immunitet sağlamlığımızın fundamentidir və əgər o, yoxdursa, səhhətimiz yerlə-yeksan olar.

İmmun sistemi insan orqanizmində iki vacib prosesə cavabdehdir:

Birincisi, orqanizmi müxtəlif mənşəli infeksiyalardan (virus, bakteriya, mikrob, göbələk və s.) qoruyur;

İkincisi isə öz işini başa vuran və ya zədələnən, həmçinin qocalmış hüceyrələrin yenilənmə, əvəzetmə işi ilə də məşğul olur. İmmunitetin bu işlə məşğul olan milyardlarla hüceyrəsi (makrofaqlar, faqositlər, limfositlər), immunoqlobulin zülalı və s. vardır.

Üç biofaktor – sink, C və D vitamini – bizim immun sistemimizin mühüm tikinti bloklarıdır və bir-birini qarşılıqlı şəkildə dəstəkləyən müxtəlif vəzifələri yerinə yetirirlər. Yaxşı tənzimlənmiş biofaktorların tarazlığı bizə soyuqdəymə xəstəliklərinə və digər infeksiyalara qarşı mübarizə aparmağa və onlardan təbii şəkildə müalicə olunmağa kömək edir – biz bütün il ərzində güclü immun sistemimizə arxalana bilərik.

Həyat fəaliyyəti dövründə insan xroniki stress yaşaması qaçılmazdır. Bununla yanaşı, hipodinamiya, qeyri-düzgün qida seçimi, yəni şəkərli-unlu qidalara üstünlük, yanlış qidalanma və yuxu rejimi də vəziyyəti bir az da gərginləşdirir.

Məhz stress zamanı orqanizmin 3 tənzimləyici qüvvəsi olan sinir, endokrin və immun sistemlərinin birliyi və qarşılıqlı əlaqəsi qabarıq şəkildə nəzərə çarpır. Bu zaman immun –neyroendokrin əlaqələrinin aktivliyi dəyişərək, hormonal disbalansa səbəb olur.

Təəssüf ki, davamlı stresdən qaçmaq hər zaman mümkün deyil. Amma orqanizmin stresə qarşı reaksiyasını normallaşdırmaq və onun yaratdığı pozulmaları aradan qaldırmaq mümkündür.

Tədqiqat zamanı müşahidə altında olan uşaqlarda streptokokk və yuxarı tənəffüs yollarının infeksiyası aşkarlanandan iki həftə əvvəl, onların ailələrində həyəcan yaradan hadisələrin sayının 4 dəfə artdığı qeyd edilmişdir. Bunun üçün stresi yaradan faktorları azaltmaq lazımdır.

Kliniki tədqiqatlar vasitəsi ilə sübut edilmişdir ki, yuxu pozulması və çatışmazlığı immunitetin funksiyasını azaldır, bu, daha tez-tez KRVİ ilə xastələnmələrə səbəb olur. Bərpaedici yuxu olmayana qədər immun sistem normal fəaliyyət göstərə bilməz. Hətta gecənin yarısına qədər yuxusuz qalmağınız növbəti günə olan immuniteti azaldırş

Çalışın vaxtında yatağa girin və yatmamışdan 1-2 saat qabaq mobil vasitələrə və televizora baxmayın. Özünüzü yatmağa hazırlayın. Ətrafınızdaki səsləri minimuma endirin, çalışın tam qaranlıq şərait yaradın.Yuxu çatışmazlığını aradan qaldırın.

Əgər immun sisteminiz ilə bağlı şübhələriniz varsa və özünüzdə hər hansı bir formada zəiflik hiss edirinizsə, bazar ertəsindən etibarən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 40-cı məhəllədə yerləşən “InterMed Plus” Diaqnostika Mərkəzimizə müraciət edə və ya saytımızın onlayn randevu bölməsindən müvafiq həkim konsultasiyasına yazıla bilərsiniz.