Yaşıl çay yağ və yağ turşularının sorulması və qlükozanın səviyyəsini tənzimləyir. Polifenol katexin qlükozanın yağlara keçməsini yubadır. Yaşıl çay istifadə etməklə, qidalanmadan sonra qanda şəkərin səviyyəsi yavaşıyır, qlükozanın səviyyəsi isə normallaşır. Şəkərli diabet, və ya daxili ifrazat vəzilərinin xəstəliyindən əziyyət çəkən insanlar üçün gündəlik yaşıl çayın içilməsi tövsiyə edilir. Yaşıl və qara çay kamellia bitkisindən hazırlanır. Müxtəlif əlavələrlə ona fərqli dadlar və aromatlar verilir. Xüsusi ilə də arıqlatma xüsusiyyəti ilə qadınların diqqətini çəkir. Tərkibində olan vitamin və minerallar sayəsində bədəni tox tutur və metobalizmanı sürətləndirir.
Günümüzdə ən çox qadınların seçimi olan kamellia yarpaqlarından əldə edilən çay antioksidan qaynağıdır. Qan dövranın tənzimləyən, tərkibindəki amin turşuları, karbohidrat, “E”, “C”, “B” vitaminləri sayəsində insan sağlamlığı baxımından da önəmli rol oynayan yaşıl yarpaqlı çayı gündə 2 dəfə içə bilərsiniz. Sağlamlığımız üçün lazım olan mineralı tərkibində olan yaşıl çay bədənin istənilən vitamin və mineralları almasına kömək edər. Metobalizmanı sürətləndirər və yığılan yağın məhv olunmasına kömək edən çayın xərçəngə qarşı da qoruduğu qeyd ediılir.
Yaşıl çayın faydları nələrdir?
– Yaşıl çayın xərçəngə faydası olduğu təsbit edilmişdir. Belə ki, metobalizmanı sürətləndirər və yığılan yağın məhv olunmasına kömək edən çayın xərçəngə qarşı da qoruduğu qeyd ediılir;
– Yaşıl çayın içindəki Polifenol adlı antioksidanlar Ürək xəstəlikləri üçün son dərəcə faydalı bənzərsiz komponentlərə malikdir;
– Ürək xəstəliklərini ilə mübarizədə yaşıl çay içənlər içməyənlərə görə %26 daha az risk daşımaqdadırlar;
– Bakteriyal və virus xəstəliklərə qarşı müqavimət təmin edər;
– Nevraloji xəstəliklərin önlənməsində təsirlidir;
– Allergiyalara yaxşı gəlir;
– Sümük- mineral sıxlığını artırar;
– İmmunitet inkişaf etdirməyə kömək olur;
– Qrip əlamətlərini və soyuqlamanı yox etmədə əhəmiyyətli bir köməkçidir;
– Məmə, yumurtalıq, mədə-bağırsaq, ağız və prostat xərçəngi kimi müxtəlif xərçəng növlərinə qarşı müdaxilədə yaşıl çay faydalıdır;
– İltihabları və şişləri maneələr/mane olar;
– Diyabetlə mübarizədə yaşıl çay sizə faydalı ola bilər;
– Gümrahlıq verər;
– Qan təzyiqini nizamlar;
– Artıq çəki ilə mübarizə aparanlarda və damar xəstəliklərində düzgün bəslənmə və məşqlə birlikdə tətbiq olunduğunda çox faydalı nəticələndirər verməkdədir;
– Şəkər xəstəliyində son dərəcə faydalıdır;
– Alzheimer xəstəliyinə və yaddaş pozuqluğuna faydası araşdırılmaqdadır;
– Parkinson xəstələri üçün şübhəsiz istifadə edilməsi lazım olan bir bitkidir;
– Diş çürüməsini maneə törədicidir;
– Sərbəst radikallardan bədəni qoruyar;
– Lösemidə geriləmə təmin edər;
– Böyrək daşlarının salınmasında təsirlidir;
– Yorğunluğun aradan qaldırılmasında təsirlidir;
– Migreni yüngülləşdirir;
– Ağız qoxusunu aradan qaldırar;
– Boğazımıza fərahlıq hissi verər.
Yaşıl çayın zərərləri :
Sıx sidiyə çıxma, Bulanma, qusma, yuxusuzluq kimi zərərləri də ola bilər. Kafeinə həssaslığı olanlar içməməlidir.Çoxlu xeyirlərini sadaladığimiz yaşil çaydan da istifadə etməzdən əvvəl həkimlə məsləhətləşilsə yaxşı olar. Xüsusilə də bəzi ürək, böyrək xəstəlikləri olanlar, psixoloji narahatlığı olanlar, laxtalanma problemi yaşayanlar xərçəng xəstələri, hamilə qadınlar,
körpə əmizdirənlər.
Yaşıl çayın içindəki kafenin yuxusuzluq yaradır və bəzi xəstələrin kafenindən istifadəsi qadağandır. Bu səbəblə yaşıl çayın kafeinini azaltmaq üçün yaşıl çayı ilk dəmlədiyiniz zaman 30 saniyə gözləyib yaranan dəmi töküb təkrar dəmlərsiniz, beləcə kafeninin zərərli təsirini bir azca da olsa ortadan qaldırmış olarsınız lakin qəhvədəki kafesinə görə yaşıl çaydakı kafenin miqdarı çox daha azdır. İlk dəmi tökməniz antioksidanların varlığını da azaldacaq.
Yaşıl çay metobalizmanın sürətlənməsinə və yağın parçalanmasına kömək edər. Mütəxəssislər yeməkdən əvvəl və ya sonra içilməsini tövsiyyə edir. Yaşıl çay yeməkdən əvvəl içildikdə arıqlamağa kömək edər. Yeməkdən 2 saat sonra içildikdə isə həzmi asanlaşdırır. Digər tərəfdən də xərçənglə mübarizə aparır.
Yaşıl çay arıqladırmı?
Yaşıl çay immuniteti gücləndirmə və arıqlatma xüsusiyyəti var. Mütəxəssislər gündə 2 dəfə yaşıl çay içməyimizi məsləhət görür. Tərkibindəki vitaminlər sayəsində yağın parçalanmasını sürətləndirir. Buna görə də pəhrizlərdə tez-tez istifadə edilir. Xüsusən də son illərdə enerjivermə xüsusiyyəti ilə iştahanı kəsir.